Azərbaycanın Qətərə göndərdiyi yeni səfir kimdir? - DOSYE

Azərbaycanın Qətərə göndərdiyi yeni səfir kimdir? - DOSYE
  • Siyasət

  • Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyinat gerçəkləşdirib.

    Ölkə başçısının sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Asiya.az modern.az-a istinadən yeni səfirin tərcümeyi-halını təqdim edir:

    Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981-1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. R.İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
    2018-ci il 7 fevral tarixində isə Prezident İlham Əliyev Rəşad İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Evlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər