Prezidentliyə daha bir namizəd

Prezidentliyə daha bir namizəd
  • Siyasət / Manşet

  • Azərbaycanda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində daha bir siyasətçi namizədliyini irəli sürmək istəyir.

    Asiya.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bəzi qaydalar müəyyənləşəndən sonra sənədlərini MSK-ya təqdim edəcək.

    Prezidentliyə daha bir namizəd

    O, BakuPost-a açıqlamasında bildirib ki, partiya seçkidə iştirak etmək istəyir, lakin dəqiq qərar üçün MSK-nın seçki ilə bağlı qrafiki açıqlamasını gözləyir: "Seçkiyə getmək niyyətimiz var. Bu barədə qərar Qurultayımızda verildi. Qurultayda mənim namizədliyim irəli sürülüb. Amma seçkinin vaxtının dəyişdirilməsi müəyyən suallar doğurur. Ona görə də MSK-nın qrafikini gözləyirik. Məclisin iclasını təyin etmişik. Hər şey müzakirə olunandan sonra məclisin toplantısında seçkiylə bağlı qərar veriləcək. Gözləyirik ki, görək növbədənkənar seçkinin 60 gün ərzində keçirilməsi MSK tərəfindən necə həyata keçirilir. Dəqiq qərar MSK-nın qrafiki açıqlamasından sonra olacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər