Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA

Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA
  • Maraqlı / Araşdırma

  • Adətən xəmir yoğuranda istifadə edilən yaş mayanın dərini hamarlaşdırdığını bilirdinizmi?

    Asiya.az ailem.az-a istinadən üzünüzü sədəf kimi hamar edəcək maya maskalarını təqdim edir.

    Maya yüksək faizdə protein, B6 vitaminlərinə malik olduğu üçün dərinin təzələnməsini və qalıq maddələrdən təmizlənməsini təmin edir.

    Südlü maya maskası

    1 xörək qaşığı yaş maya

    1 xörək qaşığı süd

    Hazırlanması:

    Şüşə kasada qarışdırın və masaj edərək bütün üzünüzə vurun. Maska quruduqda ilıq su ilə təmizləyin.

    Sadə maya maskası

    2 xörək qaşığı yaş maya

    1 xörək qaşığı ilıq su

    Bunları qarışdırıb, sızanaqlarınız çox olan yerə vurun. Maska tamam quruyanda ilıq su ilə isladın və ovalayaraq maskanı təmizləyin.

    Qatıqlı maya maskası

    1 çay qaşığı yaş maya

    1 çay qaşığı qatıq

    Verilənləri qarışdırın. Qara nöqtə, dəri ləkələri olan yerlərə qalın bir şəkildə sürtün və qurumasını gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.
    PAYLAŞ:

    Oxşar xəbərlər