Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
  • Sosial

  • Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

    Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

    Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər