Məktəbdə intim videosu yayılan 11-ci sinif şagirdindən XƏBƏR VAR

Məktəbdə intim videosu yayılan 11-ci sinif şagirdindən XƏBƏR VAR
  • Sosial / Manşet

  • Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Asiya.az report-a istinadən xəbər verir ki, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap edilib.

    İstintaq dövründə R.C Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

    Qeyd edək ki, R.C 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər