Rusiyadakı təyyarə qəzası anbaan kameralara düşdü – VİDEO

Rusiyadakı təyyarə qəzası anbaan kameralara düşdü – VİDEO
  • Olay

  • Moskva şəhərinin kənarında An-148 sərnişin təyyarəsinin qəza anı şəxsi evlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

    Asiya.az xəbər verir ki, həmin videogörüntü “Youtube” portalına yerləşdirilib.

    Kameradan çəkilmiş görüntüdə yerlə toqquşma zamanı laynerdə partlayışın baş verdiyi anı görmək olur.

    An-148 təyyarəsi bazar günü, Domodedovo aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra Moskvanın şəhərkənarı Ramenski rayonunda qəzaya uğrayıb. Təyyarə Moskvadan Orska (Orenburq vilayəti) uçub. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzada sağ qalan olmayıb.

    Qəza zamanı ölən şəxslərdən biri də azərbaycanlı biznesmen Namiq Qəhrəmanovdur. Orskdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

    N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

    İki və daha artıq insanın ölümü ilə nəticələnmiş uçuş təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb (RF CM 263 m. 3-cü hissəsi).

    Qəza səbəbilə bağlı ilkin ehtimallar – əlverişsiz hava şəraiti, insan faktoru və laynerin texniki nasazlığıdır.



    PAYLAŞ:

    Oxşar xəbərlər