Məşhurlaşan azərbaycanlı qadının acı hekayəsi – TƏFƏRRÜATLAR (FOTO)

Məşhurlaşan azərbaycanlı qadının acı hekayəsi – TƏFƏRRÜATLAR (FOTO)
  • Sosial

  • Stilist Anar Ağakişiyevin layihəsində iştirak edən üzü yanmış qadın barədə yeni təfərrüatlar məlum olub.

    Asiya.az xəbər verir ki, minval.info-nun əldə etdiyi özəl məlumata görə, həmin xanım – Nərmin Cəfərova 2001-ci ilin mart ayında Şabran rayonunun Şahnəzərli kəndində baş verən partlayışın qurbanı olub. Bədbəxt hadisə zamanı onunla yanaşı ailə üzvü və evlərində olan qonşuları müxtəlif xəsarətlər alıblar.

    Hadisənin baş vermə səbəbinə gəlincə, 8 il təbii qaz üzünə həsrət qalan kəndə sakinlərə xəbərdarlıq edilmədən qaz verilib. Nərmingilin evlərində isə qaz xətti açıq vəziyyətdə qalıb. Həmin vaxtı orada 4 uşaq olub və anidən partlayış baş verib. Hadisə zamanı evdə 11 yaşlı Nərmin Cəfərova, qardaşı 13 yaşlı Nəriman, 6 yaşlı Əminə Tursunova və onun bacısı 8 yaşlı Sevda olub. Onlar partlayış nəticəsində müxtəlif növ yanıq xəsarətləri alıblar. Hadisə zamanı zərərçəkənlər evdən çıxmaqda çətinlik çəkiblər. 13 yaşlı Nərimanın köməkliyi nəticəsində oradan uzaqlaşa biliblər.

    Bildirilir ki, hadisədən sonra Sevda Tursunovanın da üzündə yanıq izləri qalıb. Yaxınlarının minval.info-ya dediyinə görə, Nərminin təmənnasız əməliyyat olunacağı xəbərinə seviniblər. Onlar Sevdanın da üz dərisinin yanıq izlərindən qurtulmasını istəyirlər. Yaxınları ümid edir ki, kimlərinsə məsuliyyətsizliyindən bədbəxt hadisənin qurbanı olmuş S.Tursunovaya yardım ediləcək.

    Qeyd edək ki, Sevdanın üzündəki yanıq izlərinə görə, heç bir işə götürülmədiyi bildirilir.

    Xatırladaq ki, stilist Anar Ağakişiyevin sözlərinə görə, Nərmin Cəfərovanın əməliyyatı adı açıqlanmayan xarici ölkənin həkimi tərəfindən heç bir ödəniş edilmədən gerçəkləşəcək.


    Məşhurlaşan azərbaycanlı qadının acı hekayəsi – TƏFƏRRÜATLAR (FOTO)
    Məşhurlaşan azərbaycanlı qadının acı hekayəsi – TƏFƏRRÜATLAR (FOTO)
    Məşhurlaşan azərbaycanlı qadının acı hekayəsi – TƏFƏRRÜATLAR (FOTO)

    PAYLAŞ:

    Oxşar xəbərlər