Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib - SİYAHI
  • Sosial

  • Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.

    Asiya.az "Report"a istinadən bildirir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

    Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində "İxtisas qrupları və ixtisaslar" üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.

    Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:

    79. İnformasiya texnologiyaları

    80. Sistem mühəndisliyi

    81. Sənaye mühəndisliyi

    82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

    83. Şəhərsalma

    84. Şərabçılıq.

    II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:

    21. Davamlı inkişafın idarə edilməsi

    22. İdman menecmenti və kommunikasiya

    IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilib:

    16. Bitki mühafizəsi

    17. Bağçılıq və tərəvəzçilik

    18. Bədən tərbiyəsi və idmanda reabilitasiya

    V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilib:

    22. Məşqçi (idman növü üzrə)

    23. Rəqs müəllimliyi.
    PAYLAŞ:

    Oxşar xəbərlər