Bakıda institutda dəhşətli hadisə: özünü binadan atdı

Bakıda institutda dəhşətli hadisə: özünü binadan atdı
  • Olay

  • Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

    Asiya.az SOCAR-a istinadən xəbər verir ki, intitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

    İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkirmiş və müalicə olunurmuş.

    Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
    PAYLAŞ:

    Oxşar xəbərlər