Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi

Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi
  • Siyasət / Manşet

  • Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Asiya.az report-a istindən xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

    Kollegiyanın sədri

    Azərbaycan Respublikasının energetika naziri

    Kollegiyanın üzvləri:

    Energetika nazirinin müavinləri;

    Energetika Nazirliyinin Aparatının rəhbəri;

    Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

    Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;

    Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;

    Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

    Bu qərar imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər