“Torqovıy”da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI - FOTO

“Torqovıy”da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI - FOTO
  • Sosial

  • Dünən səhər saatlarında Bakının Nizami küçəsi ("Tarqovıy" məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib. Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

    Qeyd edək ki, dünən Səbail rayonunun Nizami küçəsində (Tarqovı adı ilə tanınan məhəllə) yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Ölən şəxsin xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.

    Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.


    “Torqovıy”da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI - FOTO
    “Torqovıy”da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər