Bakıda polisdən qaçan oğrular boğazlarını kəsdilər

Bakıda polisdən qaçan oğrular boğazlarını kəsdilər
  • Hadisə

  • Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

    Asiya.az-ın Report-a istinadən xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

    1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb.

    E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

    Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib.

    Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər