Ürəyi qoruyur, yuxusuzluğu aradan qaldırır, arıqladır... - ŞƏFALI MEYVƏDƏN YARARLANIN

Ürəyi qoruyur, yuxusuzluğu aradan qaldırır, arıqladır... - ŞƏFALI MEYVƏDƏN YARARLANIN
  • Maraqlı / Araşdırma

  • Zəngin qida qaynağı olan kivi qüsursuz bir C vitaminidir. Həmçinin A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium baxımından da zəngindir.

    Kivinin saymaqla bitməyən faydalarını təqdim edirik:

    Asma müalicəsinə kömək edir


    Kivi xırıltı nəfəs və öskürək kimi asma simptomlarının yüngülləşməsinə kömək edir. Kividə olan C vitamini və antioksidantlar asma müalicəsində kömək olur. C vitamini bronxokonstriksiyona qatılan histamin və prostaqlandinlərin metabolizmasına qatılaraq asma tutmalarını önləyir.

    Həzmə kömək edir

    Kivi, həzm üçün lazım olan liflə zəngindir. İçərisində aktinidin adı verilən proteolitik enzim, proteini parçalamağa yardımçı olur və bu da həzm müddətini sürətləndirir. Kivi, qıdalardaki bəzı proteinlerin xüsusilə qatıq, pendir, balıq və çiy yumurta həzmində köməkçi olur. Proteinin həzminə kömək etməklə bərabər qəbzliyin qarşısını alır.

    Qan şəkəri səviyyəsini tənzimləyir

    Kivi diabetli şəxslər tərəfindən istifadə edilə bilər. Qlisemik indeksi 47-58 arasındadır. Buna görə qan şəkəri səviyyənizi qətiyyən yüksəltməz.

    Yüksək lif və aşağı karbohidratlara sahib olan kivi qan şəkəri səviyyəsini kontrol altına alaraq xolesterolü aşağı salır. Həmçinin, diabetlə əlaqədar narahatlıqları da müalicə edir. Kivi tərkibindəki təbii birləşmələr sayəsində yara sağaltma müddətini inkişaf etdirir.

    Yuxu keyfiyyətini artırır

    Yuxu problemi ilə üzləşənlər üçün kivi gözəl bir çözüm yolu ola bilər. Onun tərkibində yuxu pozuqluqlarında yararlı olan antioksidantlar və serotonin kimi tibbi baxımdan faydalı bir çox birləşmə var. Yatmazdan 1 saat öncə 2 kivi yeyin.

    Ürək damar sağlığını dəstəkləyir

    Kivi, C, E vitaminləri, polifenollar və potasium ilə yüklüdür. Bütün bu qidalar kardiovaskuler sağlıq üçün əhəmiyyətlidir. C və E vitaminləri kimi antioksidantlar, sərbəst radikalları qandan uzaqlaşdırmağa kömək edir və ateroskleroz kimi kardiovaskuler xəstəliklə bağlı hüceyrə zədəsini önləyir. Ayrıca, kivi aspirindən fərqli olaraq qan laxtalanmasını aradan qaldırır.

    Kivi istifadəsi qan triqliserid səviyyəsini 15 faiz aşağı salır. Kivi lif və potasium baxımından zəngin olduğu üçün ürək xəstəliklərindən qoruyaraq ölüm riskini aşağı salır.

    İmmunitet sistemini artırır

    Kivi yüksək C vitamini tərkibi ilə immuniteteinizi gücləndirə bilər. Xəstəlikləri önləmək və zərərli patogenlərə qarşı orqanizmi qorumaq üçün immunitet sisteminizi artırmağa böyük ölçüdə kömək edir.

    Zəngin bir antioksidant qaynağı olan kivi bədənə endogen oksidatif zədələrdən qoruyaraq immunitet funksiyasını dəstəkləyir bədəndəki soyuqdəymə, qrip kimi xəstəliklərin görülmə sıxlığını və şiddətini azaldır.

    Sızanaqların qarşısını alır

    Kivi, qızılca ilə savaşmağa, ağrı və iltihablanma kimi əlamətləri azaltmağa kömək edir. Həmçinin dəridəki gözənəkləri təmizləməyə də kömək edir.

    İçindəki E vitamini sızanaq və yara izlərini azaltmağa kömək olur.

    Kivi ilə üz maskasının hazırlanması:


    Dərinizə püre halına gətirilmiş kivi sürtün və qurumasını gözləyin. Sızanaqlarınız yox olana qədər bunu gündə bir dəfə təkrar edə bilərsiniz. Ayrıca, 1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdırıb üzünüzə vurun. 15 dəqiqə saxlayıb soyuq su ilə yuya bilərsiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər