Milli Məclis martın 6-da 24 məsələni gündəliyə çıxaracaq - SİYAHI

Milli Məclis martın 6-da 24 məsələni gündəliyə çıxaracaq - SİYAHI
  • Siyasət / Manşet

  • Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

    Asiya.az xəbər verir ki, iclasın gündəliyinə 24 məsələ daxil edilib.

    Milli Məclisin martın 6-da keçiriləck iclasında aşağıdakı məsələlər müzakirə ediləcək:

    1. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi

    2. “Azərbaycan Respublikası Milli Məclisin Deputatının statusu haqqında” qanuna dəyişiklik;

    3. Seçki Məcəlləsinə dəyişiklik;

    4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

    5. Cinayət Məcəlləsinə dəyişiklik;

    6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik;

    7. “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” qanuna dəyişiklik;

    8. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə dəyişiklik;

    9. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

    10. “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik;

    11. “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik;

    12. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;

    13. “Sosial sığorta haqqında” qanuna dəyişiklik;

    14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

    15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

    16. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik;

    17. Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi;

    18. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;

    19. “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik;

    20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik;

    21. Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik;

    22. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda;

    23. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

    24. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.
    PAYLAŞ:

    Oxşar xəbərlər