Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı (YENİLƏNİB)

Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı (YENİLƏNİB)
  • Sosial / Manşet

  • Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb.

    Asiya.az xəbər verir ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

    ***

    Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

    Asiya.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

    E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

    Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər