Polis kapitanı və FHN zabiti Cəlilabadda gənc oğlanı döyüb xəstəxanalıq ediblər- FOTOLAR

Polis kapitanı və FHN zabiti Cəlilabadda gənc oğlanı döyüb xəstəxanalıq ediblər- FOTOLAR
  • Sosial

  • Cəlilabadda gənc oğlan vəzifəli şəxslər tərəfindən döyülüb.

    AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, 21 yaşlı Quliyev Yusif Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytnant Şahin Cəfərov tərəfindən döyülərək ciddi xəsarətlər alıb. Y.Quliyevin xəstəxanalıq olana qədər döyülməsinə səbəb isə bildirildiyinə görə, onun polis kapitanının qardaşı qızını sevməsi olub. Yayılan məlumatlarda qeyd edilir ki, polis kapitanı və qohmu FHN vəzifəlisi yaxınları olan qıza elçi göndərən gənci döyüblər. Gənc özü faktı təsdiqləyib: "Nəsiminin qardaşı Əlihüseynin qızına elçi göndərdiyimə görə məni döyüblər. Fevralın 13-də küçədə Nəsimi Bağırovun qardaşı Əfqan mənə yaxınlaşdı, qolunu boynuma salıb dedi ki, mən sənin üçün Əlihüseynəm ki, qız istiyəsən sənə toxunmayam?! Sonra məni döyməyə başladılar. Üz-gözümü tanınmaz hala salıblar. Ekspert rəyi verib. Baş Prokurorluğa şikayət etmişəm. Polis rəisi çağırdı ki, səni döyənlərin 200 manat cəriməsi var, şikayəti geri götür. Sonra Nəsimi ilə görüşdürdülər, məni təhqir etdi. Nəsimi mənə dedi ki, sən polisdən polisə şikayət edirsən?' Bu şəxslərin qanun çərçivəsində cəzalandırılsına ümid edirəm".
    Qeyd edək ki, hadisə ilə bağlı xəbər redaksiyamıza gec saatlarda məlum olduğu üçün qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini öyrənə bilmədik. Xəbər yenilənəcək...

    Polis kapitanı və FHN zabiti Cəlilabadda gənc oğlanı döyüb xəstəxanalıq ediblər- FOTOLAR
    Polis kapitanı və FHN zabiti Cəlilabadda gənc oğlanı döyüb xəstəxanalıq ediblər- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər