Asiya.az xəbər verir ki, dövlət başçısı Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarını 10 faiz artırıb. Sərəncam martın 1-dən qüvvəyə minir.
Prezident başqa bir sərəncamla Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıb.