Uşaqlarınıza xəmirdən plastilin hazırlayın - RESEPT

Uşaqlarınıza xəmirdən plastilin hazırlayın - RESEPT
  • Maraqlı / Araşdırma

  • Uşaqlar çox maraqlı olurlar və hər bir şeyi ağızlarına apararaq kəşf etməyi sevirlər. Xüsusilə də plastilinlə oynayan zaman valideynlər bu halla çox qarşılaşırlar və narahat olurlar.

    Amma sizə verəcəyimiz bu resept sayəsində azyaşlı uşaqlarınız plastilini ağızlarına aparsalar, belə narahat olmayacaqsınız. Çünki plastilin təbii xəmirlə hazırlanacaq.

    Lazım olanlar:

    1 xörək qaşığı qaymaq

    3-4 stəkan qənnadı tozu (şəkər pudrası)

    İstəyə görə qida boyası

    Yarım fincan yumşaq duzsuz kərə yağı

    1 çay qaşığı qaşığı vanil


    Hazırlanması:

    Əvvəlcə kərə yağı və qaymağı təmiz bir qabın içində qarışdırın. Daha sonra içərisinə qənnadı tozunu əlavə edərək, ələ yapışmayan hala gələnə qədər yoğurun. Son olaraq da vanili əlavə edin. Xəmirlərin rəngli olması üçün dilədiyiniz rəngdə qida boyası istifadə edə bilərsiniz. (ailem.az)

    PAYLAŞ:

    Oxşar xəbərlər