İlham Əliyevdən nazirlə bağlı - Sərəncam

İlham Əliyevdən nazirlə bağlı - Sərəncam
  • Siyasət, Manşet

  • Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1177) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının vergilər naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

    Azərbaycan Respublikası energetika nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

    Xarici İşlər Nazirliyi sərəncamla edilən dəyişiklik barədə İsrail Dövləti tərəfinə bildiriş göndərəcək.

    Qeyd edək ki, 2013-cü ili aprelindən 2017-ci ilin dekbarınadək təhsil naziri olan Mikayıl Cabbarov dövlət başçısının 16 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri vəzifəsini daşıyıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər