Səfər Əbiyevin "sağ əli" 10 mart mitinqində - VİDEO

Səfər Əbiyevin "sağ əli" 10 mart mitinqində - VİDEO
  • Siyasət / Manşet

  • Mart ayının 10-da AXCP-Müsavat partiyalarının təşkil etdiyi birgə mitinqdə sabiq müdafiə naziri Səfər Əbiyevin "sağ əli" də iştirak edib.

    Asiya.az xəbər verir ki, bu barədə dia.az saytı məlumat yayıb.



    "Yuxarıda təqdim etdiyimiz bu videomaterial diqqətli oxucuların yadındadır. Həmin şəxsin əsl kimliyi geniş ictimaiyyətə bəlli olmasa da, ... videosüjetdə "haqqı tapdanan sahibkar” qiyafəsində təqdim olunur. Amma əslində isə bu adam və ələlxüsus da onun dost-doğma qardaşı olan şəxs zamanında mühüm bir dövlət qurumunda çalışaraq dövlətin əmlakını talayanlardan olub"- deyə sayt yazır.

    Sayt bildirir ki, "videosüjetdə hakimiyyətin ünvanına ən ağır ittihamları səsləndirən və bu ilin 10 mart tarixində keçirilən mitinqdə fəal iştirak edən, özünü haqqı tapdanmış sahibkar kimi təqdim edən şəxsin adı Abbasəliyev Namiq Yunis oğludur. Bəlkə də bu ad kimlər üçünsə nəyisə ehtiva etmir. Amma Azərbaycanın keçmiş Müdafiə Naziri Səfər Əbiyev üçün bu ad o qədər doğmadır ki...

    ... Onun və zamanında Səfər Əbiyevin sağ əli olaraq dəvlətin malını talamış qardaşının isə sərvəti ölçüyə gəlməzdir. Həmin sərvət isə DÖVLƏTDƏN OĞURLANIB! Azərbaycan əsgərlərindən, onlara hərbi xidmət dövründə dövlət tərəfindən ayrılan vəsaitdən oğurlanıb".

    Sayt mövzunu davam etdirdiyini və daha ətraflı araşdırma dərc edəcəyini anons edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər