Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər

Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər
  • Manşet / Hadisə

  • 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryan Fransanın Orleans şəhərində məskunlaşıb

    Fransada yaşayan mühacir blogger Elnur Məcidli sosial şəbəkə vasitəsilə maraqlı bir fakt açıqlayıb.

    E.Məcidli 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hazırda Fransanın Orleans şəhərində ailəsi ilə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib. E.Məcidli bildirib ki, bu informasiyanı alan kimi sözügedən şəhərə yola düşüb və məlumatı yerində dəqiqləşdirib.

    E.Məcidli daha sonra yazıb: “Şahid ifadələrinə görə, kifayət qədər səlis Azərbaycan dilində danışan Qriqoryan öz keçmişi ilə bağlı danışmaqdan qaçır, sığınacaq üçün də başqa bir adla müraciət etdiyi deyilir. Ən dəhşətlisi isə Qriqoryanın Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyətinin təsdiqləndiyi, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı sənəd verildiyi ilə bağlı məlumatdır”.

    Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər

    E.Məcidli daha sonra 1988-ci ildə baş vermiş hadisənin detallarını xatırladıb: “Xatırladım ki, 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş verən təxribat və qırğınların təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adlı bu erməniyə güllələnmə əvəzinə, SSRİ Baş Prokurorluğu, sadəcə, 12 il iş vermiş, ermənilərin kompakt yaşadığı Stavrapol vilayətinin Budyonnovski şəhərinin həbsxanasına göndərmişdi. Çox qısa zaman ərzində onun həbsdən azad olduğu, Yerevana getdiyi və daha sonra yenidən Rusiyaya qayıdaraq, bu ölkədə yaşamasına dair informasiyalar vardı. Azərbaycanın hüquq-mühafizə orqanları onun ölkəmizə ekstradisiyası üçün dəfələrlə Rusiyaya müraciət etsə də, cavab ala bilməmişdi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi. Erməni terror təşkilatçılarından biri, qatı cinayətkar Qriqoryana ölüm hökmünün verilməməsi, Moskvanın diktəsi, zəhmi altında işləyən Azərbaycanın müti prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanları sisteminin iflası idi”.

    Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər

    Elnur Məcidli

    Blogger yazıb ki, Sumqayıt hadisələrinin təşkilatçısı hazırda Fransadadır və doğrudan da səfirlik bu məlumatı ictimaiyyətdən gizlədibsə, bu, artıq böyük sensasiyadır: “Hesab edirəm ki, rəsmi qurumlarımız bu şəxsin Azərbaycanda məhkəmə qarşısına yenidən çıxarılması üçün dərhal hərəkətə keçməli, lazımi addımları atmalıdırlar”.

    Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər

    1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Sumqayıt hadisələrindən sonra Qriqoryan çox az müddətdə həbsdə olub: 1991-ci ildə Rusiya onu cəzasını çəkməsi üçün Ermənistana təhvil verib. Ermənistana ekstradisiya olunmuş cəllad Ermənistanda azad edilib və bir müddət sonra Rusiyaya qayıdıb.

    2015-ci ilin yanvar ayının 9-da E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

    (Musavat.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər