Bakıda parkomat aparatları ləğv olundu

Bakıda parkomat aparatları ləğv olundu
  • Sosial / Manşet

  • Bakı şəhərində nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün quraşdırılan parkomat aparatlarının fəaliyyəti artıq dayandırılıb.

    Asiya.az faktor.az-a istinadən xəbər verir ki, həmin parkomat aparatları bir neçə müddətdir ki, işləmir.

    Hazırda sözügedən aparatları yeni nəzarət kassa aparatları əvəz edir.

    Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə quraşdırılan bütün parkomat aparatları şəhər küçələrindən yığışdırılacaq.

    Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.
    PAYLAŞ:

    Oxşar xəbərlər