Mehriban Əliyeva oğluna xaçapuri bişirdi - FOTO

Mehriban Əliyeva oğluna xaçapuri bişirdi - FOTO
  • Sosial / Cəmiyyət

  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanım Mehriban Əliyeva oğlu Heydər Əliyevə xaçapuri bişirib.

    Asiya.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instaqram səhifəsində birinci xanımın oğlu üçün hazırladığı xaçapurilərin fotosunu paylaşıb.

    Xatırladaq ki, dövlət başçısı bu yaxınlarda Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində Mehriban Əliyevanın yeməklərinin çox dadlı olduğunu söyləmişdi: "Hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur.

    Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir”.


    Mehriban Əliyeva oğluna xaçapuri bişirdi - FOTO
    Mehriban Əliyeva oğluna xaçapuri bişirdi - FOTO
    Mehriban Əliyeva oğluna xaçapuri bişirdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər