“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev neçə faiz səs yığıb?

“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev neçə faiz səs yığıb?
  • Siyasət / Manşet

  • ELS Müstəqil Araşd­ırmalar Mərkəzi Pr­ezident seçkilərində ke­çirdiyi “exit-poll”un­ nəticələrini açıqlayıb.

    Asiya.az yenicag.az-a istinadən xəbər verir ki, Mərkəzin rəhbəri İradə Yaqubova deyib ki, bu gün saat 08:00-dan başlayan “exit poll” saat 19:00-a qədər davam edib.

    Onun sözlərinə görə, saat 19:00-a olan seçici fəallığı 68.7% təş­kil edib. “Exit-poll”­da iştirak edən seçicilərdən 82,71 faizi İlham Əliyevə səs verdiklərini bildiriblər.

    Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

    Qüdrət Həsənquliyev 4.23%

    Zahid Oruc 3.7%

    Sərdar Cəlaloğlu 3.56%

    Hafiz Hacıyev 2.01%

    Araz Əlizadə 1.87%

    Fərəc Quliyev 1.33%.

    Razi Nurullayev 0.92 %


    Qeyd edək ki, təşkilat səsvermə günü “exit­poll”u Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsinin 300 məntəqəsində keçirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər