Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu

Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu
  • Siyasət / Manşet

  • Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.

    Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.

    Millət vəkili Astan Şahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, deputat Qusarın Çiləgir kəndində yerləşən "Chateau” otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardıma müraciət edilsə də, artıq gec olub.

    A. Şahverdiyev Bakıda "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər