Azərbaycanda toz dumanı gözlənilir

Azərbaycanda toz dumanı gözlənilir
  • Sosial

  • Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.

    Asiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

    Mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

    Buna səbəb dekabrın 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz dumanının daxil olmasıdır.

    Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər