İstefa verən nazirlərin səlahiyyətlərini kim icra edəcək? - Prezidentdən sərəncam

İstefa verən nazirlərin səlahiyyətlərini kim icra edəcək? - Prezidentdən sərəncam
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, prezident Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərar verib:

    "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin”.
    PAYLAŞ:

    Oxşar xəbərlər