Baş nazirin daha iki müavini vəzifəsini itirdi

Baş nazirin daha iki müavini vəzifəsini itirdi
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.

    Asiya.az xəbər verir ki, yeni hökumətdə Baş nazirin müavinlərinin sayı 6-dan 4-ə endirilib.

    Belə ki, Abid Şərifov, Elçin Əfəndiyevİsmət Abasov yeni hökumətdə yer almayıb.

    Əvəzində Bakı şəhər İcra Hakimiyyinin başçısı Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edilib.

    Digər müavinlər - Yaqub Eyyubov, Əli Əhmədov və Əli Həsənov vəzifədə qalıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər