Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi- FOTO+Video

Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi- FOTO+Video
  • Siyasət / Manşet

  • Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

    Asiya.az Media.Az-a istinadla xəbər verir ki, Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.

    Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.
    Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

    Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb.

    Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər