Rövşən Rzayev deputat mandatından məhrum ediləcək

Rövşən Rzayev deputat mandatından məhrum ediləcək
  • Siyasət / Manşet

  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin deputat mandatına xitam veriləcək.

    Asiya.az report-a istinadən xəbər verir ki, R.Rzayev deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

    Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

    Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Komitənin bundan əvvəlki sədri isə Baş nazirin müavini Əli Həsənov olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər