Prezident Administrasiyası üçün yeni bina tikiləcək

Prezident Administrasiyası üçün yeni bina tikiləcək
  • Siyasət

  • Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

    Asiya.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

    Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.

    Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

    Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər