Əfv Komissiyası 100 müraciətə baxdı- YENİLƏNİB

Əfv Komissiyası 100 müraciətə baxdı- YENİLƏNİB
  • Sosial

  • Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

    Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid bildirib.

    Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

    R.Məcid deyib ki, bu həftə ərzində iclasların yekunlaşacağı gözlənilir:

    “Komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir”.

    Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb.

    Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

    15:49

    Bu gün uzun fasilədən sonra Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

    Asiya.az xəbər verir ki, komissiyadan verilən məlumata görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

    Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb. Ümumilikdə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər