Abid Şərifovun ailə üzvü faciəvi şəkildə öldü

Abid Şərifovun ailə üzvü faciəvi şəkildə öldü
  • Olay

  • Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

    BakuPost-a daxil olan məlumata görə, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

    Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Abid Şərifov ailəsində faciəvi hadisənin baş verdiyini təsdiqləyib. Lakin o, ölən şəxsin qardaşı oğlu olmadığını, qardaşının nəvəsi olduğunu deyib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər