Fuad Poladovla vida mərasimi - FOTOLAR

Fuad Poladovla vida mərasimi - FOTOLAR
  • Sosial

  • Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

    Mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00-dək davam edəcək.

    Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

    F.Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

    Qeyd edək ki, F.Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. O uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ötən axşam vəfat edən F.Poladovun cənazəsi bu gün torpağa tapşırılacaq.(APA)

    Fuad Poladovla vida mərasimi - FOTOLAR
    Fuad Poladovla vida mərasimi - FOTOLAR
    Fuad Poladovla vida mərasimi - FOTOLAR
    Fuad Poladovla vida mərasimi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər