Azərbaycanda dəhşətli qəza: 5 nəfər suda boğulub öldü (YENİLƏNİB)

Azərbaycanda dəhşətli qəza: 5 nəfər suda boğulub öldü (YENİLƏNİB)
  • Olay

  • Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

    Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

    Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

    ***10.04

    Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

    İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
    PAYLAŞ:

    Oxşar xəbərlər