Lənkəranda - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Lənkəranda - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI
  • Hadisə

  • Cari il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

    Asiya.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

    Lənkəran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bu ilin 19 mart tarixindən itkin düşən şəxs kimi axtarışa verilmiş Lerik sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq Yadulla oğlunun ondan 2 gün əvvəl öldürüldüyü məlum olub.

    Araşdırmalar zamanı məlum olub ki, M.Babayev martın 16-da həyat yoldaşını Masallıya həkimə aparıb. O, daha sonra Lənkərana bacısı oğlunun toyuna gedib və burada yeyib-içib. Sərxoş vəziyyətdə Lənkəranın Sütəmurdov kəndindəki şadlıq evini tərk edən kişi taksi saxlatdırıb və onu kafeyə aparmasını deyib. Taksi sürücüsü onu restorana aparıb. Bu zaman Mirisaq Babayev tək yeyib-içmək istəmədiyini deyib. Sürücü zəng edərək dostu, 44 yaşlı Tələt Dadaşovu məclisə dəvət edib. Onlar birlikdə yeyib-içiblər və bu zaman təsadüfən tanış olduğu şəxslər M.Babayevin cibində 2 min manata pul olduğunu biliblər. Bundan sonra T.Dadaşov ağır dərəcəli sərxoş olan Lerik sakinini özünün Aşağı Nüvədi kəndindəki evinə aparıb. Ailə üzvlərinin evdə olmamasından istifadə edən T.Dadaşov küt alətlə Mirisanın başına zərbələr vuraraq öldürüb. Onun cibindəki pulları götürən Tələt daha sonra zirzəmidə qəbir qazaraq meyiti basdırıb.

    Artıq M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər