Yaşıl alçanın bu faydalarından xəbəriniz var idimi?

Yaşıl alçanın bu faydalarından xəbəriniz var idimi?
  • Maraqlı / Araşdırma

  • Yaşıl alça bizim ən sevimli meyvələrdən biridir. Həmçinin yaşıl alça çox faydalıdır.

    Asiya.az saglamolun.az-a istinadən sizə alçanın bəzi faydalı xüsusiyyətlərini təqdim edir:

    1. Yaşıl alça C vitamini ilə çox zəngindir. C vitamini güclü antioksidantdır, damarları daha möhkəm və elastik edir.

    2. Alçanın tərkibində PP (B3) vitamini var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur.

    3. Alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir.

    4. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Lakin alçanı duzla yeyirsinizsə, bu faydalı xüsusiyyəti unudun. Kalium orqanizmdən artıq mayeni çıxardır, duzun tərkibində olan natrium isə əksinə orqanizmdə mayeni saxlayır və bu da təzyiqi qaldırır və ürəyə düşən gərginliyi artırır.

    5. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
    PAYLAŞ:

    Oxşar xəbərlər