Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı - VİDEO

Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı - VİDEO
  • Sosial

  • Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

    Körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

    Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

    Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.


    PAYLAŞ:

    Oxşar xəbərlər