Masallıda güclü yanğın: ölənlərin sayı 3-ə çatdı- Yenilənib

Masallıda güclü yanğın: ölənlərin sayı 3-ə çatdı- Yenilənib
  • Hadisə

  • Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.

    Asiya.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Qeyd edək ki, mayın 8-də gecə saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli evində yanğın baş verib.

    Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.

    ***

    Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın olub.

    Asiy.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

    Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
    PAYLAŞ:

    Oxşar xəbərlər