Dərman mafiyasında adı hallanan deputat oğlu danışdı: “Mənim mafiya ilə…”

Dərman mafiyasında adı hallanan deputat oğlu danışdı: “Mənim mafiya ilə…”
  • Sosial / Cəmiyyət

  • Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən “Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    H. Axundov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, əvvəl “Favorit” marketlər şəbəkəsini onun adına bağlayırdılar: “Mənim özümə də maraqlı idi ki, “Favorit” görəsən, kimə məxsusdur? Araşdırdım, məlum oldu ki, başqa bir şirkətindir.

    İndi də “Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993- cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir. Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm. Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir?

    Bir xəstə insan var ki, o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki?”.

    H. Axundov 8 milyonluq cinayət işindən də danışıb. O qeyd edib ki, cinayət işi çoxdan bitib: “İş məhkəmədədir. Mən də həmin məsələdə zərərçəkmiş qismindəyəm. Artıq həbslər də var”.
    PAYLAŞ:

    Oxşar xəbərlər