Bakı metrosunda tüstülənmə: qatarın hərəkəti dayandı

Bakı metrosunda tüstülənmə: qatarın hərəkəti dayandı
  • Olay

  • Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı” və "Xətai” stansiyaları arasında hərəkət edən qatarların qrafikində bir neçə dəqiqə gecikmə qeydə alınıb.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, "Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

    Bu xəbərdarlıqdan sonra sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

    Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report”a açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər