Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar- SİYAHI+FOTOLAR

Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR
  • Sosial

  • Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini dünən elan elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

    İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

    Builki qəbul imtahanlarında bəzi jurnalistlərin də övladları iştirak edib.

    Modern.az-ın məlumatına görə, Fed.az saytının rəhbəri, tanınmış jurnalist Əli Əhmədovun qızı Maya Əhmədzadə III qrup imtahanlarında 696 bal toplayıb.

    Jurnalist-yazar Rəbiqə Nazimqıznın övladı Aynur da II qrupda imtahan verib. Jurnalst qızının 491 bal topladığını bildirib.

    Tanınmış jurnalist, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin övladı builki qəbul imtahanında 576 bal toplayıb.

    Qəbul imtahanlarının nəticələrinə əsasən, yeddi nəfər abituriyent 700 bal toplayıb.

    Asiya.az həmin abituriyentlərin siyahısını təqdim edir:

    II ixtisas qrupu üzrə cəmi iki nəfər maksimum bal toplayıb.

    Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR

    Digəri isə Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbin məzunu Jalə Rəcəbovadır.

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR

    III ixtisas qrupu üzrə 700 bal yığanların sayı beş nəfərdir.

    Onlardan ikisi Respublika Olimpiadasının qızıl medalçısıdır.

    Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR

    Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli də Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan "Əlaçı” verilişinin qalibi olub.

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR

    Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR

    Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı

    Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar-  SİYAHI+FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər