Cəbhədən acı xəbər: Şəhid olan hərbi qulluqçumuz kimdir? (FOTO)

Cəbhədən acı xəbər: Şəhid olan hərbi qulluqçumuz kimdir? (FOTO)
  • Sosial / Manşet

  • Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

    Asiya.az xəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib.

    Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur: "Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq".

    Qeyd edək ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

    Məlumatımıza görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.

    Allah şəhidimə rəhmət eləsin! Vətən sağ olsun!


    Cəbhədən acı xəbər: Şəhid olan hərbi qulluqçumuz kimdir? (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər