Bakıda bank soymaq istəyən şəxs saxlanıldı - FOTO

Bakıda bank soymaq istəyən şəxs saxlanıldı - FOTO
  • Hadisə

  • Gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

    Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, İdarənin əməkdaşları hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.

    Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyənləşib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkarlanaraq, maddi sübut kimi götürülüb.

    Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    Bakıda bank soymaq istəyən şəxs saxlanıldı - FOTO
    Bakıda bank soymaq istəyən şəxs saxlanıldı - FOTO
    Bakıda bank soymaq istəyən şəxs saxlanıldı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər