Xəzər dənizində qayıqda aşkarlanan meyitlər götürülüb

Xəzər dənizində qayıqda aşkarlanan meyitlər götürülüb
  • Sosial

  • Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

    APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

    Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib. FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

    Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

    Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər