Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı

Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
  • Sosial

  • Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Telekanalın baş direktoru vəzifəsinə 7 nəfər namizədliyini irəli sürüb.

    Asiya.az qaнnarinfo-ya istinadən xəbər verir ki, onlardan biri gənc jurnalist Səbuhi Abbasovdur. 7news.az saytının baş rekdaktoru olan həmkarımız juranalistika ilə yanaşı, ictimai fəaliyyətlə də məşğuldur. Belə ki, o, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisidir.

    Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan oluö. Mingəçevir şəhər liseyini bitirib, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsinin məzunudur, universitetinin Magistratura şöbəsinin "Regionşünaslıq" ixtisasında təhsil alıb.

    Bir çox xarici ölkələrdə (Türkiyə, Rusiya, Ukrayna, Dağıstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil edib. 2009-cu ildə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində, 2012-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində çalışıb. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

    Qeyd edək ki, Səbuhi Abbasovdan başqa Rauf Abbasov, Şəfəq Mehrəliyeva, Rahilə Mehtiyeva, Qərənfil Xəlilova, Sadıq Qarayev və Balakişi Qasımov İTV-nin baş direktoru vəzifəsinə namizəddir.


    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    Gənc jurnalist İTV-nin baş direktorluğuna namizəd oldu (FOTOLAR)- Siyahı
    PAYLAŞ:

    Oxşar xəbərlər