Oğurluq edərkən kameralara düşdü - Bakıda- VİDEO

Oğurluq edərkən kameralara düşdü - Bakıda- VİDEO
  • Hadisə

  • Polis paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxsi saxlayıb.

    Asiya.az xexerxeber.az-a istinadənxəbər verir ki, həmin şəxs ticarət mərkəzindəki restoranda olan şəxslərin mobil telefonlarınıoğurlayıb. Telefonları isə dəyərindən ucuz 60-70 manata satıb.

    Masanın üstündə olan mobil telefonu götürüb heçnə olmamış kimi gedir.

    Görüntülər böyük ticarət mərkəzlərindən birinin təhlükəsizlik kameralarına düşüb.

    Zərərçəkmiş şəxs Paytaxtın Nərimanov rayon 18-ci polis şöbəsinə məlumat verib ki,metronun ''Gənclik'' stansiyası yaxınlığındakı ticarət mərkəzindəki restoranda olarkən telefonu oğurlanıb.

    Əməliyyat- axtarış tədbirlərinə başlayan polispaytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəllini saxlayıb. Araşdırma zamanı onun həmin ticarət mərkəzindən ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub.

    Dindirmə zamanı Orxan Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üsdündə olan və nəzarətsiz qalan mobil telefonları oğurladığını deyib. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

    Faktlar bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur.


    PAYLAŞ:

    Oxşar xəbərlər