İsmayıllıda həyat iflic oldu – Yol uçdu, mədəniyyət evi DAĞILDI

İsmayıllıda həyat iflic oldu – Yol uçdu, mədəniyyət evi DAĞILDI
  • Hadisə

  • Dünən axşam saat 19 radələrində İsmayıllı rayonu ərazisində başlayan güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində rayonun elektrik, yol və kənd təsərrüfatına ziyan dəyib.

    Asiya.az xəbər verir ki, bu barədə İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

    Bildirilib ki, İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 6 fərdi yaşayış evinə, 5 yardımçı tikiliyə və 2 sahibkarlıq obyektinə ziyan dəyib.

    “1 ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşıb. Həmçinin 2 vətəndaşa məxsus daş hasar uçub. Diyalli kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyü tamamilə dağılıb, nəticədə iki məcburi köçkün ailəsi yaşayış yerindən məhrum olub və əmlaklarına ziyan dəyib. Lahıc qəsəbəsinə gedən yolda dağ uçqunu nəticəsində qəsəbə ilə avtomobil əlaqəsi kəsilib.

    Hadisə nəticəsində həmçinin İsmayıllı şəhərin bəzi ərazilərində və 19 kəndə elektrik verlişi kəsilib. Dağ çaylarında sel sularının artması ilə əlaqədar Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranıb. Talıstan,Mücü və Gəraybəyli kəndlərinin su təsərrüfatına ziyan dəyib”-deyə bildirilib.

    Qeyd olunub ki, hazırda rayonda elektrik verilişi bərpa olunub. Yollarda da gediş-gəlişdə heç bir məhduduiyyət yoxdur. Hazırda İsmayıllının icra başçısı Mirdamət Sadıqov sakinlərlə görüşür.
    PAYLAŞ:

    Oxşar xəbərlər