Göyçay körpüsünün aşma anı: anbaan görüntülər VİDEO+ Fotolar

Göyçay körpüsünün aşma anı: anbaan görüntülər VİDEO+ Fotolar
  • Olay

  • Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki təxminən 40 metr uzunluğu olan körpü güclü selin təsirinə dözməyərək uçub.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün sel suları nəticəsində Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün uçması ilə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, məlumatda uçqunun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verdiyi bildirilib:

    "Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq”.

    Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

    Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.



    Göyçay körpüsünün aşma anı: anbaan görüntülər VİDEO+ Fotolar
    Göyçay körpüsünün aşma anı: anbaan görüntülər VİDEO+ Fotolar
    Göyçay körpüsünün aşma anı: anbaan görüntülər VİDEO+ Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər