Kriminal aləmdə dəyişiklik: Azərbaycanlı “qanuni oğru”nun onlarla qətlinin üstü açılır

Kriminal aləmdə dəyişiklik: Azərbaycanlı “qanuni oğru”nun onlarla qətlinin üstü açılır
  • Hadisə

  • Rusiyanın cinayət istintaq idarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiyanın əməkdaşlarının həyata keçirdiyi həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq.

    Moskvanın "Ağ ev” restoranında Hacı Beyləqaski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətllərdə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Moskovski komsomolets” Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanovaya istinadla məlumat yayıb.

    O qeyd edib ki, Beyləqanskiyə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (Danabaş ləqəbli) öldürülməsində təqsirli bilinir.

    Aslan Usoyanın (Ded Həsən) yaxın adamı və "Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).

    Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanır, ancaq əsas "namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Caniyev göstərilib.

    O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət və dünyadakı kriminal aləmdə yeri ilə bağlı Ded Həsənlə mübarizə aparıb.

    Usoyan "Staroy kbitika” restoranında 2013-cü il yanvarın 16-da öldürülüb. Caniyev isə 2016-cı il yanvarın 18-də İstanbulda qətlə yetirilib.

    "MK” yazır ki, Rusiya xüsusi xidmət orqanları Lənkəranskinin ətrafını diqqətlə araşdırır. Hacı Beyləqanski bu siyahıda ilk pillələrdən birini tuturdu və Rövşən bir çox məsələlərdə ona güvənirdi. Hacı 2012-ci ildə Dubayda Lənkəranskinin təşəbbüsü ilə taclandırılıb.

    Maraqlıdır ki, Caniyevin ölümündə onun "sağ əli” olan Beyləqanski ittiham olunub (Hadisə zamanı Hacı Lənkəranskinin maşınında olub və hətta onu xilas etməyə çalışıb). Bu qətldə əsas səbəb kimi Hacının qısa zamanda varlanması göstərilib: o, "Mersedes” markalı zireli avtomobil və Antalyada ev alıb.

    Hacı həbs olunsa da, heç bir sübut aşkar olunmadı. Hacının növbəti həbsi isə Lənkəranskinin qatı düşməni Lotu Quli ləqəbli Nadir Səlifovla bağlı idi.

    Məlumatlara görə, Lotu Quli hazırda Albaniyada yaşayır. O, Tirana İstanbuldan gəlib. Hacı 2017-ci il sentyabrın 12-də Tiflisdə Qulinin yaxın adamı Elşən Məmmədovun qətlində ittiham olunur.

    Noyabrda isə Hacı Lotu Qulinin evinə basqın edib. Ancaq Nadir Səlifov bu hadisədən yayına bilib. Bir müddət öncə yayılan məlumatlara görə, Hacı Quliyə hücum üçün Moskvada yeni plan hazırlayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər